Bank Of Baku

Cəfər Xəndanın 100 illik yubileyi qeyd edilib

Cəfər Xəndanın 100 illik yubileyi qeyd edilib
# 20 may 2010 11:08 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bakı Dövlət Universitetində (BDU) görkəmli ədəbiyyatşünas alim, tənqidçi, tərcüməçi, ictimai xadim, professor Cəfər Xəndan Hacıyevin 100 illik yubileyi qeyd edilib. APA-nın məlumatına görə, yubiley tədbirindən əvvəl universitetin filologiya fakültəsində C. Xəndanın barelyefi və C. Xəndan guşəsi açılıb.

BDU-nun rektoru Abel Məhərrəmov çıxışında bildirib ki, C. Xəndan görkəmli elm xadimi olmaqla yanaşı, həm də ictimai xadim olub: “Cəfər Xəndan Azərbaycanın təhsil tarixinə düşmüş bir ziyalıdır. Belə tarixi şəxsiyyətlərin yubileyləri böyük bayram hesab olunur və çox böyük mənəvi-əxlaqi mənası var”.

Qeyd edək ki, Cəfər Xəndan 1910-cu ildə İrəvan şəhərində müəllim ailəsində doğulub. 29 yaşında alimlik dərəcəsi alan C. Xəndanın həyatının mühüm bir dövrü BDU ilə bağlı olub. O, Azərbaycan Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının dosenti, filologiya fakültəsinin dekanı olduqdan sonra rektor təyin edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR