Bank Of Baku

Bakıda Məhtumqulu gecəsi keçirilib - FOTO

Bakıda Məhtumqulu gecəsi keçirilib - <font color=red>FOTO</font>
# 21 may 2010 07:55 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Türkmənistanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Mahnı Teatrında Türkmənistanın dahi şairi və mütəfəkkiri Məhtumqulu Fəraqinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib. APA-nın məlumatına görə, Türkmənistanın Azərbaycandakı səfiri Annaməmməd Məmmədov poeziya axşamını dostluq bayramı adlandıraraq deyib ki, Məhtumqulu öz əsərlərində Oğuz ellərinin birliyindən, qardaşlığından yazıb.

Azərbaycan Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili Gövhər Baxşəliyeva təəssüflə bildirib ki, onun rəhbərlik etdiyi institutda Məhtumqulunun yaradıcılığı öyrənilməyib, amma dönə-dönə öyrənilməlidir. O bildirib ki, böyük şair Azərbaycanda da olub, müxtəlif bölgələrə səfərlər edib və gördüklərini öz əsərlərində təsvir edib.

Millət vəkillərinin, Azərbaycan rəsmilərinin, səfirlərin qatıldığı tədbirdə Azərbaycan və Türkmənistanın incəsənət ustaları çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR