Bank Of Baku

Tiflisdə şair-jurnalist Rəşid Faxralının “Seçilmiş əsərləri”nin təqdimatı keçirilib

Tiflisdə şair-jurnalist Rəşid Faxralının “Seçilmiş əsərləri”nin təqdimatı keçirilib
# 22 may 2010 11:22 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Bu gün Gürcüstan paytaxtında fəaliyyət göstərən “Varlıq” Mədəniyyət Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan filialının xətti ilə şair, hərbi jurnalist Rəşid Faxralının 55 illik yubileyi və yenicə çapdan çıxmış üç cildlik “Seçilmiş əsərləri”nin və “Qürbət ağrısı” kitablarının təqdimat mərasimi keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan filialının rəhbəri Rafiq Hümbət açaraq, şair-jurnalist Rəşid Faxralının yaradıcılığı barədə tədbir iştirakçılarına ətraflı məlumat verib, onun yubileyini Azərbaycan və Gürcüstan şair və yazıçıları adından təbrik edib. “Rəşid Faxralı müasir Azərbaycan ədəbiyyatının poeziyasında özünəməxsus yer tutan şairlərdən biridir. Onun bu gün yenicə çapdan çıxmış kitabları onun 55 illik yubileyinə təsadüf edib. Bu kitablarda yurda, el-obaya sevgi şeirləri və ulu Borçalı tarixindən bəhs edən məqalələri və klassik aşıq ədəbiyyatı barədə məqalələri, müharibənin ağrılı-acılı günlərindən yaranmış publisistik yazıları və fəlsəfi düşüncələrlə zəngin poemaları toplanıb. Onun yaradıcılıq ömrü vətən həsrəti, torbağa sevgi dolu şeir və poemaları ilə zəngindir”.

Tədbirdə Gürcüstanda yaşayıb-yaradan şair, jurnalist və yazıçılardan İslam Əliyev, Alxan Səmədoğlu, Nizami Saraclı, Afiq Muxtaroğlu, şair-tərcüməçi Zezva Medulaşvili, İsaxan İlyac, Şövkət Dağlarqızı, Emin Elsevər, Tapdıq Yolçu, Nizami Zillioğlu, Akif Xansultanlı, Mirzə Məmmədöğlu və Bakıdan gəlmiş gənc rejissor Namiq Valehoğlu və başqaları çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR