Bank Of Baku

Sabah Bakıda “Kitab bayramı” keçiriləcək

Sabah Bakıda “Kitab bayramı” keçiriləcək
# 25 may 2010 11:06 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Sabah Mwslwm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının qarşısındakı bağda Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə "Kitab bayramı - 2010" adlı tədbirin açılış mərasimi keçiriləcək. İdarədən APA-ya verilən məlumata görə, bayramda 20-dən çox mövzunu əhatə edən 2056 adda 29260 nüsxə kitab sərgilənəcək. Tədbirdə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan kitabxanalarla yanaşı, Bakı Kartoqrafiya fabriki, M. Seyidzadə adına kitabxana-mağaza, “Əli və Nino” kitab evi, Kitab klubu, Bakıda fəaliyyət göstərən “Qlobal Publishing”, “Nurlar”, “Beşik”, “Şərq-Qərb”, “Xəzər”, “Çinar-çap” və “Qanun” nəşriyyatlarının kitablarının sərgi-satışı da təşkil olunacaq. Burada qonaqlar həm sərgilənən kitablarla tanış ola, həm də bəyəndikləri kitabları əldə edə biləcəklər.

“Kitab bayramı – 2010”da Bakı şəhər musiqi məktəbləri və mədəniyyət evlərinin kollektivləri, Bakı Uşaq Teatrı, “Cəngi”, “Aysel” və “Şəms” rəqs qrupları çıxış edərək bayrama musiqi nömrələri ilə rəng qatacaqlar. Tədbir iştirakçılarına xatirə hədiyyələri də təqdim olunacaq. Tədbirə Mədəniyyət və Turizm Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Qəbələ Konserv Zavodu, “Azersun Holding” MMC, “Orli-servise” təşkilati dəstək verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR