Bank Of Baku

Azərbaycan Dövlət Pedaqoji Universitetində “Aşıq yaradıcılığının müasir problemləri” mövzusunda elmi konfrans keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetində “Aşıq yaradıcılığının müasir problemləri” mövzusunda elmi konfrans keçirilib
# 26 may 2010 09:20 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Aşıq yaradıcılığının müasir problemləri” mövzusunda elmi konfrans keçirilib. APA-nın xəbərinə görə, tədbirdə ADPU-nun rektoru Yusif Məmmədov çıxış edərək Azərbaycanda qeyd olunan Respublika Gününün tarixindən, Xalq Cümhuriyyətinin yaradıcılarından, onların xidmətlərindən danışıb. Rektor deyib ki, aşıq yaradıcılığının problemlərinə həsr olunan elmi konfransın keçirilməsi mühüm əhəmiyyətə malikdir.

Tədbirdə Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub çıxış edərək Respublika Günündən böyük bayram tanımadığını, məhz belə bir günün qeyd olunması ərəfəsində aşıq yaradıcılığının geniş müzakirə olunmasının təsadüfü olmadığını deyib. Onun sözlərinə görə, tədbirdə çağdaş aşıqların səhnə və nitq mədəniyyəti, aşıq sənətində klassik ənənəyə diqqət və qayğı, müasir aşıq sənətinin tədqiqi problemləri və digər məsələlər geniş müzakirə olunacaq.

Daha sonra konfransda aşıq sənətinə həsr olun məruzələr dinlənilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR