Bank Of Baku

Zəlimxan Yaqub: “Ucuz şou-proqramlarda çıxış edən, aşıqlıq sənətinin adına ləkə gətirənlər Aşıqlar Birliyinin üzvlüyündən xaric ediləcək”

Zəlimxan Yaqub: “Ucuz şou-proqramlarda çıxış edən, aşıqlıq sənətinin adına ləkə gətirənlər Aşıqlar Birliyinin üzvlüyündən xaric ediləcək”
# 26 may 2010 09:47 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. “Biz aşıq sənətini yüksəyə qaldırmaq istəyirik, ancaq ucuz, yaramaz, xoşagəlməz adamlar insanların hissiyyatı ilə oynayırlar. Onlar aşıq sənətindən xəbərləri olmaya-olmaya çıxıb müxtəlif telekanallarda ucuz şoulara qoşulurlar. Mən onların hansının adını çəkim? Belələri çoxdurlar. Lakin biz belə ədəbsizliyin qarşısını almalıyıq. Onlar kimdir ki, çıxıb ağızlarına gələnləri danışırlar?” . APA-nın xəbərinə görə, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub bildirib. Xalq şairi deyib ki, əsas diqqət YUNESKO-nun maddi-mədəni irs siyahısına daxil olan aşıq sənətini onun adına uyğun şəkildə yaşatmaqdır. Z. Yaqub həm telekanallarda ucuz şou proqramlara qoşulan aşıqların, həm də onları belə verilişlərə dəvət edənlərin səhv yolda olduqlarını deyib. Onun sözlərinə görə, vəziyyətlə bağlı kütləvi informasiya vasitələrinə müraciət olunacaq ki, aşağı səviyyədə saz çalıb-oxuyanlar aşıq adı ilə təqdim olunmasınlar: “Onlardan bəziləri Aşıqlar Birliyinin üzvləridir. Özlərini düzəltməsələr, onları Aşıqlar Birliyindən çıxaracağıq” .
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR