Bank Of Baku

Gəncədə kitab bayramı keçirilib

Gəncədə kitab bayramı keçirilib
# 26 may 2010 13:02 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov-APA. Bu gün Gəncədə kitab bayramı keçirilib. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, Mədəniyyət və Turizm Nazirliyi ilə Gəncə şəhər İcra Hakimiyyətinin birgə təşkil etdiyi kitab bayramına ictimaiyyət nümayəndələri və şəhər sakinləri qatılıb. Tədbirdə çıxış edən natiqlər artıq 3-cü ildir ki, Gəncədə kitab bayramının keçirildiyini və şəhər əhalisinin bu bayrama hər il daha çox maraq göstərdiyini vurğulayıblar. Kitab bayramında minədək kitab öxucuların ixtiyarına verilib. Çıxışlardan sonra tədbirə qatılmış oxucular müxtəlif kitablarla tanış olublar. Tədbir Göygöl Dövlət Mahnı və Rəqs Ansamblı üzvlərinin çıxışları ilə davam etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR