Bank Of Baku

Azərbaycanın prezidenti Mirzə Ələkbər Sabirin 150 Illik Yubileyinin Keçirilməsi Haqqında sərəncam imzalayıb

Azərbaycanın prezidenti Mirzə Ələkbər Sabirin 150 Illik Yubileyinin Keçirilməsi Haqqında sərəncam imzalayıb
# 01 iyun 2010 23:37 (UTC +04:00)
APA-nın AzərTac agentliyinə istinadən verdiyi xəbərə görə sərəncamda deyilir:

Milli mədəniyyətimizin inkişafına misilsiz töhfələr vermiş Mirzə Ələkbər Sabirin 150 illik yubileyinin təntənəli surətdə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Mirzə Ələkbər Sabirin 150 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR