Bank Of Baku

Aleksandr Puşkinin Bakıdakı heykəli önündə tədbir keçirilib - FOTO

Aleksandr Puşkinin Bakıdakı heykəli önündə tədbir keçirilib - <font color=red>FOTO   </font>
# 05 iyun 2010 08:00 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Görkəmli rus şairi Aleksandr Sergeyeviç Puşkinin anadan olmasının 211 illiyi münasibətilə şairin Bakıdakı heykəli önündə tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin qeyd edib ki, bu gün həm də Bakıda Puşkinin heykəlinin qoyulmasının 10 illiyidir: “Azərbaycanda Puşkini bilir, anlayır və qiymətləndirirlər”.

Yazıçı Çingiz Abdullayev çıxışında şairlərin ölmədiyini, onların əbədi olaraq səmada qaldığını deyib: “Şairlərin şöhrəti sərhədsizdir. Təsadüfi deyil ki, Puşkinin Madriddə də heykəli qoyulub”.

Tədbirdə Səbail rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Xalidə Bayramova çəxəş edib.

Sonda uşaqlar şairin şeirlərini oxuyublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR