Bank Of Baku

Bakıda “Yunus Əmrədən Məhəmməd Füzuliyə insan sevgisi” adlı beynəlxalq simpozium keçiriləcək

Bakıda “Yunus Əmrədən Məhəmməd Füzuliyə insan sevgisi” adlı beynəlxalq simpozium keçiriləcək
# 07 iyun 2010 17:08 (UTC +04:00)
Bakı – APA. Bakıda “Yunus Əmrədən Məhəmməd Füzuliyə insan sevgisi” adlı beynəlxalq simpozium keçiriləcək.

APA-nın məlumatına görə, tədbir Dünya Gənc Türk Yazarlar Birliyi, Azərbaycan Respublikası Gəncliyə Yardım Fondu (GYF), Azərbaycanda Atatürk Mərkəzi və Türkiyə Cümhuriyyəti Türk Əməkdaşlıq və İnkişaf İdarəsinin (TİKA) birlikdə hazırladıqları layihə üzrə iyunun 10-da saat 10-da “Avropa” hotelinin “Bakı Balroom” zalında baş tutacaq.

Layihə çərçivəsində Türkiyədən Avrasiya Yazarlar Birliyinin sədri Yakup Deliömeroğlu, Mərmərə Universitetindən Prof. Dr. Hasan Kamil Yılmaz və Prof. Dr. Mustafa Uzun, Uludağ Universitetindən Prof. Dr. Bilal Kemikli, Gazi Universitetindən Yar. Doç. Dr. Mustafa Tatcı, Azərbaycandan xalq şairləri Məmməd Aslan və Zəlimxan Yaqub, Prof. Dr. Nəsib Göyüşov, Prof. Dr. Azadə Musayeva, Prof. Dr. Maarifə Hacıyeva, Qafqaz Universiteti müəllimi Dr. Mehmet Rıhtım, BİU-nun müəllimi Dr. Mehman İsmayılov, Doç. Dr. Səadət Şıxıyeva, Doç. Dr. Xuraman Hümmətova və digər elm adamları Yunus Əmrədən Məhəmməd Füzuliyə qədər olan yaradıcı insanlar haqqında məlumat verəcək, onların türk ədəbiyyatına təsirləri, türk islam cəmiyyətinin formalaşmasında rolu mövzusunda maraqlı elmi təbliğləri ilə çıxış edəcəklər.

Təşkilatçılar simpoziuma təqdim olunmuş məruzələrin xarici dillərə tərcüməsi və nəşrini nəzərdə tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR