Bank Of Baku

Çingiz Abdullayevin Azərbaycan dilində “Saturnun tövbəsi” kitabının təqdimatı keçirilib – FOTO

Çingiz Abdullayevin Azərbaycan dilində “Saturnun tövbəsi” kitabının təqdimatı keçirilib – <font color=red>FOTO </font>
# 08 iyun 2010 12:07 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Kitab Klubunda xalq yazıçısı Çingiz Abdullayevin Azərbaycan dilinə tərcümə olunmuş “Saturnun tövbəsi” kitabının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, əsərin tərcüməçisi Təbəssüm Muxtarova deyib ki, bu, onun Çingiz Abdullayev yaradıcılığından tərcümə etdiyi beşindi kitabdır: “Çingiz Abdullayevin kitablarını tərcümə etmək o qədər də çətin deyil, çünki onun çox asan və başa düşülən dili var. Düzdür, bəzən problemlər meydana çıxır, bu da jarqonlar və oğruların dilindən deyilən ifadələrlə bağlı olur. Ancaq bu problemlərin də öhdəsindən Çingiz Abdullayevin köməkliyi ilə gəlirik”.

Ç. Abdulalyev bu əsəri İspaniyada yazdığını söyləyib: “Bu əsəri İspaniyada 20 gün ərzində yazıb qurtarmışam. Çox maraqlıdır ki, mənim çoxsaylı kitabım çıxıb, amma bu kitabın rus, gürcü və fransız dilində tərcümələrinin də digər ölkələrdə təqdimatı keçirilib. Bilmirəm bu kitabın sirri nədədir. Bu əsərdə ən vacib fikir odur ki, ər və arvad boşanırsa, ana uşağa ataya nifrət hissi aşılamamalıdır. Ən azı övlad ataya hörmət hissi bəsləməlidir. Hörmət olmayanda isə nəticəsi çox faciəli olur. Bəzən mənə deyirlər ki, sən detektiv yazmırsan, bizi aldadırsan, deyirsən detektivdir, ancaq əslində sosial problemləri işıqlandırırsan. Bəlkə də bu doğrudur. Ola bilsin ki, bu kitab məhz bu xüsusiyyətinə görə maraqlıdır”.

Xalq yazıçısı əsərin tərcümə variantını oxuduğunu və bəyəndiyini də vurğulayıb: “Razı olmasaydım, çapına icazə verməzdim”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR