Bank Of Baku

Çingiz Abdullayev: “Çox təəssüf ki, Azərbaycanda kitab piratçılığı ilə mübarizə aparılmır”

Çingiz Abdullayev: “Çox təəssüf ki, Azərbaycanda kitab piratçılığı ilə mübarizə aparılmır”
# 08 iyun 2010 12:53 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Mənim özümə də kitablarımın surətini göstərəndə utanıram. Ancaq neyləmək olar ki, Azərbaycanda hələ də bu problemin həlli üçün bir addım atılmayıb”. APA-nın məlumatına görə, bu sözləri Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev deyib. O bildirib ki, Azərbaycanda kitab piratçılığı daha çox yayılıb və bununla qazanc əldə etmək istəyənlərin sayı günü-gündən artır: “Çox təəssüfləndirici haldır ki, piratçılıq kitab bazarında da hökm sürür və bunun qarşısı alınmır. Bizdən fərqli olaraq, Rusiyada pirat məsələsi həll olunub. Amma bizdə hələ ki, bunun qarşısını ala bilmirlər. Mən onsuz da Azərbaycanda satışa çıxarılan kitablarımdan heç bir qazanc əldə etmirəm, çünki həmin pul Qarabağ Cəmiyyətinə köçürülür. Ancaq piratlar tərcüməçilərin əziyyətini heç edir, axı onlar da zəhmətlərinin bəhrəsini görməlidirlər. Bu problemin üstünə daha tez düşmək lazımdır, çünki bu belə davam edə bilməz”.

Xalq yazıçısı onun Azərbaycanda 300 tirajla nəşr olunan kitabının sonradan piratlar tərəfindən 3000-ə çatdırıldığını da vurğulayıb: “Axı pirat kitabları alan gənclərə, onların valideynlərinə yazığınız gəlməlidir. O, uşaqlar gecə ilə oturub bu çox aşağı səviyyədə çap olunmuş, sadəcə, surəti çıxarılmış kitabları oxuyub gözlərinə ziyan vururlar. Bu isə gələcəyimizin məhvi deməkdir. Gələcəyimiz naminə bu problemin həllinə çalışmalıyıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR