Bank Of Baku

Xalq yazıçısı Gülhüseyn Hüseynoğlunun yaradıcılıq gecəsi keçiriləcək

Xalq yazıçısı Gülhüseyn Hüseynoğlunun yaradıcılıq gecəsi keçiriləcək
# 16 iyun 2010 15:06 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Xalq yazıçısı Gülhüseyn Hüseynoğlunun yaradıcılıq gecəsi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, tədbirin Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında keçirilməsi qərarlaşdırılıb. Tədbirdə Gülhüseyn Hüseynoğlunun qələm dostları, alimlər onun həyat və yaradıcılığından bəhs edəcək, aktyorların ifasında ədibin əsərlərindən parçalar səsləndiriləcək, musiqi nömrələri təqdim olunacaq.
Qeyd edək ki, nasir, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Gülhüseyn Hüseynoğlu Mikayıl Müşfiq irsinin araşdırıcılarından biri, onunla bağlı elmi monoqrafik əsərin, çoxlu tədqiqat xarakterli məqalələrin müəllifidir. Azərbaycan ədəbiyyatında mənsur şerin yaradıcısı kimi tanınır. Ədibin “Mücrü” (1972), “İnsanlar və dalğalar” (1982), “Simic” (1986), “Yana-yana” (1986), “Çətin yol” (1987) kitabları kütləvi tirajla nəşr edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR