Bank Of Baku

Şair Baba Vəziroğlunun yaradıcılıq gecəsi keçirilib - FOTOSESSİYA

Şair Baba Vəziroğlunun yaradıcılıq gecəsi keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 23 iyun 2010 20:19 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Azərbaycan Dövlət Filarmoniyasının yay zalında əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlunun yaradıcılıq gecəsi keçirilib. APA-nın məlumatına görə, gecədə çıxış edən Baba Vəziroğlu bu gün onun yaradıcılıq gecəsinə toplaşan çoxsaylı insanlara təşəkkürünü bildirib: “Bu gün sadəcə mənim yaradıcılıq gecəmdir və bu qədər insanın gəlməsi, əyləşməyə yer tapılmaması məni çox xoşbəxt edir. Bu o deməkdir ki, bu illər ərzində çəkdiyim əziyyət boşa getməyib. Müəllifi olduğum hər bir şeirimlə gözəl hisslər aşılamağa çalışmışam. Xoşbəxtəm ki, bu gün çoxsaylı sənət dostlarım buraya toplaşıblar. Ümumiyyətlə, mənim sənət dostlarım çoxdur və bu gün də məni tək qoymayıblar”.

Gecədə iştirak edən millət vəkili Fəttah Heydərov bu günün böyük bayram olduğunu vurğulayıb və Baba Vəziroğlu yaradıcılığından söz açıb: “Baba müəllim çox böyük ürəyə sahibdir. Onun yazdığı şeirlərdən də bu açıq-aydın görünür. Onun yazdığı şeirlərdə böyük məhəbbət hiss olunur. Bu məhəbbət həm anaya, həm qadına, həm də Vətənədir. Baba Vəziroğlu bütün şeirlərinə ürəyini qoyur. Bu isə onun bugünkü gecəsinə çoxsaylı tamaşaçı axınına səbəb olub. Baba Vəziroğluna daha böyük yaradıcılıq uğurları arzulayıram”. F.Heydərov eləcə də bu gecənin Azərbaycan Dövlət Filarmoniyasında keçirilməsini yüksək qiymətləndirib.

Çıxışlardan sonra gecə musiqili proqramla davam etdirilib. Xalq artistləri Mübariz Tağıyev, Flora Kərimova, əməkdar artistlər Tünzalə Ağayeva, Ədalət Şükürov, müğənnilər AySel Teymurzadə, Lalə Məmmədova, Zamiq, Elnur və başqaları Baba Vəziroğlunun şerlərinə bəstələnmiş mahnıları ifa ediblər.

Şairin yaradıcılıq gecəsində çoxsaylı mədəniyyət və incəsənət xadimləri də iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR