Bank Of Baku

Azərbaycanlı professor Dostoyevskinin romanını Azərbaycan dilinə tərcümə etdiyinə görə mükafatlandırılıb

Azərbaycanlı professor Dostoyevskinin romanını Azərbaycan dilinə tərcümə etdiyinə görə mükafatlandırılıb
# 01 iyul 2010 10:58 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Professor Telman Cəfərova bu gün rus ədəbiyyatının ən yaxşı tərcüməsi üçün mükafat təqdim olunacaq. APA-nın məlumatına görə, Sankt-Peterburqda Rus Ədəbiyyatı İnstitutunda ilk dəfədir ki, rus ədəbiyyatından olan əsərlərin dünya dillərinə ən yaxşı tərcüməsinə görə mükafatlar təqdim olunur. Bu müsabiqə Rus Ədəbiyyatını Dünya Dillərinə Tərcüməçilərinin Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunub.
Münsiflər heyətinin qərarı ilə «Nəsr: bu ölkənin tarixində rus ədəbiyyatının məşhur əsərinin ilk tərcüməsi» nominasiyasında mükafata Bakı Slavyan Universitetinin professoru, filologiya elmləri doktoru, qədim rus ədəbiyyatı üzrə mütəxəssis Telman Cəfərov layiq görülüb. O, Azərbaycanda ilk dəfədir ki, F. Dostoyevskinin «Karamazov qardaşları» romanını Azərbaycan dilinə tam tərcümə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR