Bank Of Baku

“Azərbaycan İnqilab Komitəsi və Xalq Komissarları Soveti iclaslarının protokolları 1920-1922-ci ci illər” kitabı işıq üzü görüb

“Azərbaycan İnqilab Komitəsi və Xalq Komissarları Soveti iclaslarının protokolları 1920-1922-ci ci illər”  kitabı işıq üzü görüb
# 01 iyul 2010 13:30 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi “Azərbaycan İnqilab Komitəsi və Xalq Komissarları Soveti iclaslarının protokolları 1920-1922-ci ci illər” kitabını nəşr edib. Milli Arxiv İdarəsindən APA-ya verilən məlumata görə, kitabın müəllifi və məsul redaktoru Arif Paşayevdir. Bu kitab Azərbaycanda sovet hakimiyyətinin yaranması şəraiti və səbəblərini öyrənmək üçün ən mötəbər mənbələrdən biridir. Yeni nəşrdəki sənədlər o dövrə aid məsələlərin öyrənilməsində tədqiqatçılar və onunla maraqlananlar üçün ən yaxşı vəsaitlər toplanıb. “Çaşıoğlu” mətbəəsində 1000 nüsxə ilə çap edilən, 554 səhifəlik bu kitabdakı sənədlər həm Azərbaycan, həm də rus dillərində verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR