Bank Of Baku

Hüseyn Cavidin seçmə aforizmlərindən ibarət miniatür kitab nəşr edilib

Hüseyn Cavidin seçmə aforizmlərindən ibarət miniatür kitab nəşr edilib
# 17 iyul 2010 11:30 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Kitab Cəmiyyətinin xətti ilə növbəti miniatür kitab nəşr edilib. APA-nın məlumatına görə, kitabda Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin seçmə aforizmləri yer alıb. Azərbaycan Milli Elmlər Akademiyası və Hüseyn Cavidin ev-muzeyi tərəfindən birgə hazırlanmış bu miniatür kitab "İNDİQO" nəşriyyatında nəfis tərtibatda nəşr edilib. Kitabda 55-38 millimetr ölçüdə olan, 248 səhifədən ibarət, 200 nüsxə tirajla çap edilmiş miniatür kitabda böyük mütəfəkkirin əsərlərindən 16 kompozisiya yerləşdirilib. Miniatür kitabının təqdimatının bu ilin sentyabrında Bakı və Naxçıvanda keçirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR