Bank Of Baku

Yunus Oğuzun "Nadir şah" romanı Londonda ingilis dilində nəşr edilib

Yunus Oğuzun "Nadir şah" romanı Londonda ingilis dilində nəşr edilib
# 20 iyul 2010 14:56 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Türkoloq alim, tarixi romanlar müəllifi Yunus Oğuzun görkəmli Azərbaycan hökmdarı, böyük fateh Nadir şah Avşarın həyat və fəaliyyətindən bəhs edən "Nadir şah" tarixi romanı Londonda ingilis dilində çap olunub. APA-nın məlumatına görə, əsəri ingilis dilinə Sevil Gültən tərcümə edib. Əsərin ingilis versiyası iki kitabdan ibarət olacaq. Kitabın birinci hissəsi çap edilib və Amerika Birləşmiş Ştatlarının “Xlibris” nəşriyyatı tərəfindən Avstraliya, Yeni Zelandiya, Kanada və başqa ölkələrdə yayımlanacaq. Qeyd edək ki, "Nadir şah" Yunus Oğuzun səkkizinci kitabıdır. Yunus Oğuzun kitabları fars, rus və türk dillərinə tərcümə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR