Bank Of Baku

Şəkidə xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 85-ci ildönümü qeyd olunub

Şəkidə xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 85-ci ildönümü qeyd olunub
# 16 avqust 2010 15:14 (UTC +04:00)
Şəki. Vüqar Heydərov - APA. Şəkidə Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 85-ci ildönümü qeyd olunub. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki rayon İcra Hakimiyyəti aparatından məlumat verilib. Tədbir xalq şairinin Şəki şəhərində ucaldılan büstü önündə baş tutub. Tədbirdə Şəki rayon İcra Hakimiyyətinin başçısı Murad Cabbarlı, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun direktoru, deputat Yaqub Mahmudov, Azərbaycan Yazıçılar Birliyi Şəki bölməsinin sədri, şair Vaqif Aslan və rayon ziyalıları iştirak edib.
Tədbirdə çıxış edən M. Cabbarlı, Y. Mahmudov və digərləri B. Vahabzadənin həyat və yaradıcılığı barədə ətraflı məlumat veriblər. Tədbir boyunca məktəblilər xalq şairinin şerlərindən parçalar oxuyub, onun şeirlərinə həsr olunmuş mahnılar səslənib.

Qeyd edək ki, xalq şairi B. Vahabzadə 1925-ci il avqustun 16-da Şəkidə anadan olub. Şəki rayon İcra Hakimiyyəti başçısının ötən il imzaladığı sərəncamına uyğun olaraq, hər il xalq şairinin doğulduğu tarix Şəkidə “Bəxtiyar poeziya günü” kimi qeyd ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR