Bank Of Baku

Tiflisdə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinin rekonstruksiyası layihəsinin təqdimatı keçirilib

Tiflisdə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinin rekonstruksiyası layihəsinin təqdimatı keçirilib
# 31 avqust 2010 14:39 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstan paytaxtında fəaliyyət göstərən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinin rekonstruksiyası layihəsinin təqdimatı keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə məlumatı muzeyin direktor müavini Qızxanım Əhmədova bildirib. Onun sözlərinə görə, muzeyin rekonstruksiya layihəsinin təqdimatında Gürcüstanda səfərdə olan Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov, ARDNŞ prezidenti Rövnəq Abdullayev, ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər: “Layihə sənədli film kimi səsli şəkildə təqdim olunub. Filmdə yazıçı-dramaturqun arxiv şəkilləri və köhnə evin foto şəkilləri nümayiş etdirilib. Təqdimatda layihənin dizayn müəllifi olan “M`Studio” şirkətinin rəhbəri Mehriban Muradova-İsmayılova layihənin rekonstruksiyası barədə iştirakçılara məlumat verib.”

M. F. Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinin direktor müavini Qızxanım Əhmədova APA-ya bildirib ki, muzey demək olar ki, yenidən ən yüksək şəkildə rekonstruksiya ediləcək: “Burada konfrans və görüşlər keçirmək üçün zal, xalçaçılıq, musiqi, rəssamlıq dərnəkləri fəaliyyət göstərəcək, dil kursları təşkil ediləcək. Muzeydə eyni zamanda administrasiya üçün kabinet və digər lazımi otaqlar rekonstruksiya ediləcək, arxa və ön fasadları yenidən bərpa ediləcək. Rekonstruksiya nəticəsində ikimərtəbəli bina üçmərtəbəli olacaq”.

Muzeyin rekonstruksiyasına oktyabr ayında başlanacaq.

Qeyd edək ki, 1834-cü ildə görkəmli yazıçı bu binanı satın alıb və ömrünün sonuna kimi bu mənzildə yaşayıb-yaradıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR