Bank Of Baku

Azərbaycanın xalq şairi Zəlimxan Yaqub Türkiyədə əməliyyat olunub, vəziyyəti yaxşıdır

Azərbaycanın xalq şairi Zəlimxan Yaqub Türkiyədə əməliyyat olunub, vəziyyəti yaxşıdır
# 02 sentyabr 2010 15:27 (UTC +04:00)
Bu barədə APA-ya şairin qardaşı Çingiz Yaqubov bildirib. Ç. Yaqubovun sözlərinə görə, qardaşının böyrəyində olan şiş götürülüb. Şair artıq palataya köçürülüb: “Zəlimxanın yanında olan oğlu ilə danışdım. Əməliyyat uğurlu keçib, Zəlimxan özünü yaxşı hiss edir”.

Qeyd edək ki, iki gün əvvəl Türkiyəyə gedən Zəlimxan Yaqub Türkiyənin “Amerikan” xəstəxanasına yerləşdirilib. Müayinə zamanı onun böyrəyində şiş aşkarlanıb.

Xatırladaq ki, ötən ilin sonlarında Türkiyədə xalq şairinin bir böyrəyi çıxarılıb. Bundan bir qədər əvvəl Z. Yaqub Almaniyada ürəyindən cərrahiyə əməliyyatı keçirib. 2010-cu ilin martında isə o, Bakıda ayağından əməliyyat olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR