Bank Of Baku

Türkiyədə əməliyyat olunan Zəlimxan Yaqub Azərbaycana dönüb

Türkiyədə əməliyyat olunan Zəlimxan Yaqub Azərbaycana dönüb
# 08 sentyabr 2010 14:53 (UTC +04:00)
Bu barədə APA-ya açıqlamasında şairin həyat yoldaşı Sahibə Yaqublu bildirib. O deyib ki, bu gün Bakıya qayıdan Zəlimxan Yaqub özünü yaxşı hiss edir: “Səhhətindəki problemlər həll olunub, özünü çox yaxşı hiss edir. Hazırda istirahət edir, yatır. Narahatlığa heç bir əsas yoxdur, hər şey qaydasındadır”.

Xatırladaq ki, sentyabrın 2-də Türkiyənin “Amerikan” xəstəxanasında Zəlimxan Yaqubun böyrəyində şiş götürülüb. O, əməliyyatdan sonra bir neçə gün xəstəxanada həkim nəzarəti altında olub və bu gün Vətənə qayıdıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR