Bank Of Baku

Özbək jurnalında Anarın hekayələri dərc edilib

Özbək jurnalında Anarın hekayələri dərc edilib
# 21 sentyabr 2010 10:18 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, xalq yazıçı Anarın bu il Daşkənddə “Jahon ədəbiyotı” jurnalında “Vahimə” və “Qırmızı limuzin” hekayələri dərc edilib. AYB-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hekayələri özbək dilinə Rüstəm Cabbarov çevirib.

Ötən illərdə Anarın bir neçə hekayəsi və povesti də Özbəkistanın ədəbi jurnallarında çap edilib, “Ağ liman” povesti və “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanı iki ayrıca kitab şəklində Dəşkənddə nəşr olunub. Özbək bəstəkarı Kələntərov yazıçının “Zəncir” hekayəsi əsasında musiqili komediya bəstələyib və əsər uğurla Dövlət Teatrında tamaşaya qoyulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR