Bank Of Baku

Bakıda fransız alim və diplomat Filipp Moronun “Geopolitikaya giriş” kitabının təqdimatı keçirilib

Bakıda fransız alim və diplomat Filipp Moronun “Geopolitikaya giriş” kitabının təqdimatı keçirilib
# 24 sentyabr 2010 09:25 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Əli və Nino” kitab mağazaları şəbəkəsində Paris Ali İdarəçilik Məktəbinin məzunu, diplomat və alim Filipp Moro (Defarj) ilə görüş və onun Azərbaycan dilinə tərcümə olunmuş “Geopolitikaya giriş” kitabının təqdimatı keçirilib. APA-nın məlumatına görə, kitab “Qanun” nəşriyyatında çap olunub. Nəşriyyatın direktoru Şahbaz Xuduoğlu bu kitabın oxucular tərəfindən maraqla qarşılanacağına ümid etdiyini deyib: “Zənnimcə bu bir az yeni sahədir. Biz nəşrlər siyahısına baxsaq görərik ki, bu cür kitablar son dövrlər çox nəşr olunur. Ancaq Azərbaycanda bu zamana kimi belə bir kitab nəşr olunmamışdı və bu sahədə bizim mütəxəssislər həddindən artıq azdır. Fransada təhsil alan iki azərbaycanlı tələbə mənə müraciət etdi ki, biz fransız dilindən bu kitabı tərcümə etmək istəyirik və siz bunu nəşr etməyə hazırsınızmı? Kitabın mətni ilə tanış oldum və maraqlı olduğunu görüb çapını həyata keçirdim”.

Azərbaycanda qonaq olan fransalı diplomat vurğulayıb ki, bu kitabı yazmaqda əsas məqsədi gəncləri bu sahənin metodoloji vasitəsi ilə tanış etməkdir: “Bu kitab müəyyən bir hadisələri başa düşmək üçün yaxşı bir vasitədir. Əvvəllər Azərbaycan haqqında bilgiyə sahib deyildim. Ancaq Fransada iki gənc tərcüməçi ilə tanışlığım Azərbaycanı tanımağıma şərait yaratdı və bundan çox şadam. Ümid edirəm ki, çox etibarlı iki azərbaycanlı gənc bu kitabı Azərbaycan dilinə gözəl tərcümə ediblər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR