Bank Of Baku

Yuri Dolqoruki adına mükafat ilk dəfə Azərbaycan və Gürcüstan yazıçılarına təqdim olunub - FOTO

Yuri Dolqoruki adına mükafat ilk dəfə Azərbaycan və Gürcüstan yazıçılarına təqdim olunub - <font color=red>FOTO</font>
# 01 oktyabr 2010 16:59 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Azərbaycan və Gürcüstanın yazıçı və şairləri Böyük Knyaz Yuri Dolqoruki adına Beynəlxalq Ədəbiyyat mükafatlarına layiq görülüblər. APA-nın məlumatına görə, mükafatların təqdimat mərasimi bu gün Bakıda keçirilib.

Moskva şəhər Beynəlxalq əlaqələr departamenti rəhbərinin müavini Anatoli Sorokin bildirib ki, bu mükafat 6 il əvvəl təsis olunub, Ukrayna, Moldova və Baltikyanı ölkələrdə rus dilində yazan yaradıcı insanlara verilir. Bu il isə ilk dəfədir ki, Azərbaycan və Gürcüstan yazarları arasında müsabiqə keçirilib. O, mükafatlandırmanı rus dilinin möhkəmləndirilməsi istiqamətində vacib addım adlandırıb.

Tədbirdə çıxış edən Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin qeyd edib ki, belə mükafatların verilməsi rus dili və mədəniyyətin inkişafına yönəlmiş dövlət proqramının uğurla həyata keçməsini göstərir. Səfir hesab edir ki, bu mükafat yaradıcı stimul rolunu oynayacaq.

Tədbirdə millət vəkilləri Hadı Rəcəbli, Mixail Zabelin və digərləri çıxış ediblər.

Yuri Dolqorukov adına mükafatın laureatları azərbaycanlı yazarlar Georgi Zapletin, Gülnarə Şirinzadə, Hüseynbala Mirələmov və Elçin İsgəndərzadə, diplomantı İlham Hacıyev olub. Gürcü yazarlarından Vladimir Sarişvili mükafatın laureatı, Mariya Fargi, Lyudmila Arqvalidze və Nina Qoqilişvili isə diplomantları olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR