Bank Of Baku

Aida İmanquliyevanın yubileyinə həsr olunmuş sərgi keçiriləcək

Aida İmanquliyevanın yubileyinə həsr olunmuş sərgi keçiriləcək
# 05 oktyabr 2010 13:35 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Oktyabrın 6-da Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın 71 illik yubileyinə həsr olunmuş sərgi nümayiş olunacaq. Akademiyadan APA-ya verilən məlumata görə, sərgidə Şərq ruhu, Qərb düşüncələri və analitizmi, ərəb Şərq-Qərb sintezi məsələlərini əks etdirən, müxtəlif dillərdə nəşr olunan 30-a yaxın kitab, 40-dan çox məqalə və onun elmi irsinin təhlilinə həsr olunmuş ədəbiyyat yer alacaq. Yubiley sərgidə görkəmli şərqşünasın həyat və yaradıcılığına həsr olunmuş ədəbiyyat və fotomateriallar nümayiş olunacaq. Ənənəvi sərgi ilə bərabər MEK-in zalında virtual sərgi də təşkil olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR