Bank Of Baku

Şair Andrey Dementyev: “Azərbaycan mənim üçün çox əzizdir”

Şair Andrey Dementyev: “Azərbaycan mənim üçün çox əzizdir”
# 06 oktyabr 2010 11:27 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. “Azərbaycan mənim üçün çox əzizdir”. APA-nın məlumatına görə, bunu SSRİ dövlət mükafatı laureatı, tanınmış rus şairi və ictimai xadimi Andrey Dementyev Bakıda keçirdiyi mətbuat konfransında deyib. Sonuncu dəfə Bakıda 1982-ci ildə olduğunu xatırladan şair, Azərbaycan poeziyası və onun nümayəndələri ilə şəxsi tanışlığından danışaraq İsa Hüseynov, Nəbi Xəzri və Salam Qədirzadə ilə birlikdə oxuduqlarını söyləyib. O bildirib ki, səfərinin məqsədi Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında bir sıra beynəlxalq müsabiqələr laureatı, bəstəkar Rizvan Sədirxanovla birgə yaradıcılıq gecəsi keçirməkdir. “Axırıncı romantik” adlı konsertdə R. Sədirxanov A. Dementyevin sözlərinə yazdığı mahnıları ifa edəcək. R. Sədirxanov 20 ildən artıqdır ki, A. Dementyevlə əməkdaşlıq etdiyini, bir neçə birgə diskin müəllifləri olduqlarını açıqlayıb.

A. Dementyev jurnalistlərin suallarına cavabında Rusiya poeziyasının çətin dövr yaşadığını, poeziyaya münasibətin dəyişdiyini vurğulayıb və yaradıcılıqda jarqondan istifadə olunmasını pisləyib. Moskva rəhbərliyinin dəyişdirilməsinin mədəni layihələrə təsir edib-etməyəcəyi barədə sualı cavablandıran şair Yuri Lujkova qarşı aparılan kampaniyanı “nalayiq fars” adlandırıb, keçmiş merin müəyyən səhvlər buraxsa da, şəhər üçün çox böyük işlər gördüyünə diqqət çəkib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR