Bank Of Baku

Bu gün Ədəbiyyat sahəsində Nobel mükafatının sahibi elan olunacaq

Bu gün Ədəbiyyat sahəsində Nobel mükafatının sahibi elan olunacaq
# 07 oktyabr 2010 04:58 (UTC +04:00)
Bakı-APA. Bu gün İsveç Akademiyası 2010-cu il üçün Ədəbiyyat sahəsində Nobel mükafatının sahibini elan edəcək. Bu barədə Nobel fondunun mətbuat xidməti məlumat yayıb.

Ənənəyə görə laureatın adını akademiyanın daimi katibi İsveç yazıçısı və tarixçisi Peter Enqlund açıqlayacaq.

Mükafatı kimin alacağını öncədən bilmək demək olar ki, qeyri-mümkündür: Nobel mükafatına əsas namizədin adı həmişə sonadək sirr olaraq qalır. Müəllifin populyarlığı akademiklərin qərarına təsir etmir: belə ki, ötən ilə mükafat alman yazıçısı Herta Müllerə verildi. Belə bir yazıçının mövcudluğunu bir çox ədəbi tənqidçilər qərardan sonra bildilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR