Bank Of Baku

Azərbaycan alimi Türkmənistan prezidentinin mükafatına layiq görülüb

Azərbaycan alimi Türkmənistan prezidentinin mükafatına layiq görülüb
# 07 oktyabr 2010 12:49 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun “Qorqudşünaslıq” şöbəsinin əməkdaşı, tərcüməçi-türkoloq, filologiya elmləri doktoru Ramiz Əsgər Türkmənistan Prezidentinin Beynəlxalq “Altun əsr” mükafatına layiq görülüb. Akademiyadan APA-ya verilən məlumata görə, bu mükafat R. Əsgərə məşhur türkmən şairi Molla Nəfəsin “Seçilmiş əsərləri"ni Azərbaycan dilinə tərcümə etdiyinə görə verilib. R. Əsgər indiyə qədər Faruq Sümərin “Oğuzlar”, Bahəddin Ögelin “Türk mifologiyası”, Yusif Balasğunlunun “Qutadğu bilik”, Mahmud Kaşğarinin “Divanü lüğət-it-türk” kitabını, Məhdumqulunun əsərlərini, Oraz Yağmurun, Todur Zanetin seçilmiş şeirlərini və XX əsr özbək poeziyası antologiyasını Azərbaycan dilinə tərcümə edib.

Mükafatın təqdimat mərasimi Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR