Bank Of Baku

Göteborq şəhər kitabxanasında Azərbaycan guşəsi yaradılacaq - FOTO

Göteborq şəhər kitabxanasında Azərbaycan guşəsi yaradılacaq - <font color=red>FOTO </font>
# 11 oktyabr 2010 11:10 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti İsveç Krallığının Göteborq şəhərində təşkil olunan “İFLA-2010” Beynəlxalq Kitabxana Konfransı çərçivəsində Göteborq şəhər kitabxanası ilə tanış olub, kitabxanada Azərbaycan bölməsinin kitab fondunun zənginləşdirilməsi barədə razılıq əldə ediblər.

Bununla əlaqədar Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanın tarixi, dövlətçiliyi, iqtisadiyyatı, mədəniyyəti, incəsənəti, ədəbiyyatı, habelə Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında kitab və elektron nəşrlər kolleksiyası hazırlanıb və Göteborq şəhər Kitabxanasına göndərilib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq Göteborq şəhər Kitabxanasında “Azərbaycan guşəsi”nin yaradılması nəzərdə tutulub.

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən eləcə də Tacikistan Respublikasının Milli Kitabxanasının yeni binasının açılışı ilə əlaqədar Azərbaycan haqqında kitab və elektron nəşrlər kolleksiyası hazırlanıb və sözügedən kitabxanaya göndərilib. Kitab kolleksiyasına Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 yanvar tarixli “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamı ilə nəşr olunan kitablar daxil edilib. Elektron nəşrlər kolleksiyasında Azərbaycan mədəniyyətinə dair, habelə Dağlıq Qarabağ münaqişəsini əks etdirən DVD-lər də var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR