Bank Of Baku

Serbiyada Rəsul Rzanın kitabı nəşr olunub

Serbiyada Rəsul Rzanın kitabı nəşr olunub
# 01 noyabr 2010 11:33 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Xalq şairi Rəsul Rzanın “Rənglər” və “Rəngli yuxular” silsilələri Serbiyanın paytaxtı Belqradda kitab şəklində dörd dildə nəşr edilib. Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, şeirləri serb dilinə Maja Teziç, rus dilinə Boris Slutski, David Samoylov, Yunna Morits, Leon Toom, Alla Axundova, Muza Pavlova, ingilis dilinə Aynur Hacıyeva, fransız dilinə Hamlet Qoca və Şamil Zaman çeviriblər. Kitabda “Rənglər” silsiləsi və ümumiyyətlə Rəsul Rzanın yaradıcılığı haqqında tanınmış mədəniyyət və incəsənət xadimlərinin fikirləri yer alıb.

Azərbaycanın Serbiyadakı səfirliyinin təşəbbüsü ilə nəşr olunan kitaba AYB-nin sədri, Rəsul Rzanın oğlu Anar geniş ön söz yazıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR