Bank Of Baku

Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanı Sankt-Peterburqda nəşr olunub - FOTO

Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanı Sankt-Peterburqda nəşr olunub - <font color=red>FOTO </font>
# 03 noyabr 2010 12:50 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu günlərdə Sankt-Peterburqda Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanı işıq üzü görüb. Bakı Slavyan Universitetinin (BSU) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, roman Peterburqun nüfuzlu “Zlatoust” nəşriyyatında çap olunub. Əsərin tərcüməçisi və ön sözün müəllifi Lyudmila Lavrovadır: “Düşünürəm ki, yazıçı Kamal Abdulla bu kitabda imkansız kimi görünən bir şeyi gerçəkləşdirib: o, yaradıcı təxəyyülün üfüqlərini reallığın hüdudlarına kimi genişləndirib, onlara sözlərin nəfəsini verərək, elə vəziyyətə çatıb ki, bu zaman özün illüziyaya, başqalarının bəlkə də əski zamanlarda gördüyü röyaya çevrilirsən və bu röyalar haqqında roman yazırsan”. Əsər 2008-ci ildə Türkiyədə «Avrupa Yakası Yayınları» nəşriyyat evində də çap olunub və Türkiyə oxucusunun böyük rəğbətini qazanıb. Yazıçının bu romanın fəlsəfi pritça janrında qələmə alınıb və kitabda sakinləri məkanı və zamanı idarə etməyə qadir olan Sehrbazlar Dərəsi və bu Dərədə baş verən fövqəladə hadisələr haqqında söz açılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR