Bank Of Baku

Bişkekdə görkəmli yazıçı Mir Cəlal Paşayevin əsərlərinin üçcildliyi nəşr olunub

Bişkekdə görkəmli yazıçı Mir Cəlal Paşayevin əsərlərinin üçcildliyi nəşr olunub
# 15 noyabr 2010 09:55 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Bişkekdə görkəmli yazıçı Mir Cəlal Paşayevin Azərbaycan tarixi haqqında əsərlərinin üçcildliyi qırğız dilində nəşr olunub. APA-nın “AKİ press”ə istinadən yaydığı məlumata görə, Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov bildirib ki, üçcildliyə yazıçının “Dirilən adam”, “Bir gəncin manifesti”, “Yolumuz hayanadır” romanları və hekayələri daxil edilib. Kitabların təqdimat mərasimi Bişkek və Bakıda keçiriləcək. Təqdimat mərasimində Azərbaycan, Qırğızıstan və Qazaxıstandan alim, yazıçı və jurnalistlərin iştirakı nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR