Bank Of Baku

Bəxtiyar Vahabzadənin vəfatının ikinci ildönümü münasibəti ilə Türkiyə-Azərbaycan birgə şeir mükafatı hazırlanıb

Bəxtiyar Vahabzadənin vəfatının ikinci ildönümü münasibəti ilə Türkiyə-Azərbaycan birgə şeir mükafatı hazırlanıb
# 20 noyabr 2010 08:36 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin vəfatının ikinci ildönümü münasibəti ilə Türkiyə-Azərbaycan birgə şeir mükafatı hazırlanıb. APA-nın İstanbul Şeir Akademiyasına istinadən verdiyi məlumata görə, mükafat üçün dünyanın istənilən ölkəsindən şeirlərin qəbulu yanvarın 21-dək aparılacaq. Nəticələr isə fevral ayının 13-də açıqlanacaq.

Bəxtiyar Vahabzadə Şeir Mükafatı komitəsinin münsiflər heyətində İbrahim Tatarlıyev, Məfkurə Mollova, Mateya Matevski, Sunay Hatipoğlu təmsil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR