Bank Of Baku

Bəxtiyar Vahabzadənin “Gülüstan” poeması qırğız dilinə tərcümə olunub

Bəxtiyar Vahabzadənin “Gülüstan” poeması qırğız dilinə tərcümə olunub
# 23 noyabr 2010 13:34 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. Azərbaycanın Qırğızıstandakı səfirliyinin təşəbbüsü ilə Bəxtiyar Vahabzadənin “Gülüstan” poeması qırğız dilinə tərcümə olunaraq nəşr edilib. Azərbaycanın Qırğızıstandakı səfirliyinin müşaviri İlqar Cabbarovun APA-ya verdiyi məlumata görə, noyabrın 24-də Qırğız Türk Manas Universitetində kitabın təqdimatı keçiriləcək.

Tədbirdə Azərbaycanın Qırğızıstandakı səfiri Arif Ağayev, universitetin rektoru, professor-müəllim heyəti, tələbələri, Qırğızıstan ziyalıları, bu ölkədə yaşayan Azərbaycan diasporasının nümayəndələri iştirak edəcəklər. Səfir “Gülüstan” poemasını universitetə hədiyyə edəcək, tələbələr B. Vahabzadənin şerlərini oxuyacaq, musiqili proqram nümayiş etdirəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR