Bank Of Baku

Azərbaycanın Suriyadakı səfiri Dəməşq Universitetinin Rus dili və ədəbiyyatı kafedrasının professoru ilə görüşüb

Azərbaycanın Suriyadakı səfiri Dəməşq Universitetinin Rus dili və ədəbiyyatı kafedrasının professoru ilə görüşüb
# 25 noyabr 2010 09:12 (UTC +04:00)
Bakı – APA. Azərbaycanın Suriya Ərəb Respublikasındakı səfiri Mahir Əliyev Dəməşq Universitetinin Rus dili və ədəbiyyatı kafedrasının professoru Süleyman Zeydiyyə ilə görüşüb. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Sovet İttifaqında təhsil almış S. Zeydiyyə SSRİ dövründə bir neçə dəfə Azərbaycanda olduğunu söyləyərək Azərbaycanın ədəbi mühiti ilə yaxından tanış olduğunu söyləyib. Professor Azərbaycanın Suriyada öz səfirliyini açmasını iki ölkənin tarixində mühüm hadisə hesab etdiyini bildirərək səfirliyin kitabxanasına hədiyyə olaraq aşağıdakı kitabları təqdim edib:

L. S. Bretanski, B. V. Veymarn - Azərbaycan İncəsənəti IV - XVIII əsrlər.

Məmməd Arif Dadaşzadə - Azərbaycan Ədəbiyyatı (müəllifin şəxsi aftoqrafı ilə).

Nurəddin Seyidov - Azərbaycan nağılları.

Mirzə Şəfi Vazehin seçilmiş əsərləri.

İmadəddin Nəsiminin seçilmiş əsərləri.

Firdovsinin Şahnamə əsəri.

Mirzə İbrahimovun “Pərvanə” romanı (müəllifin şəxsi aftoqrafı ilə).

Nəbi Xəzrinin şer və poemaları; iki cilddə (müəllifin şəxsi aftoqrafı ilə).
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR