Bank Of Baku

Sabit Rəhmanın 100 illik yubileyi qeyd olunacaq

Sabit Rəhmanın 100 illik yubileyi qeyd olunacaq
# 02 dekabr 2010 12:31 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə dekabrın 7-də Mirzə Fətəli Axundov adına Milli Kitabxanada Sabit Rəhmanın 100 illik yubiley tədbiri keçiriləcək. Nazirliyin nəşriyyat, reklamın təşkili və informasiya şöbəsindən APA-ya verilən məlumata görə, tədbirdə Sabit Rəhmanın kitablarından, tərcümə etdiyi əsərlərdən və həyat və yaradıcılığını əks etdirən kitablardan ibarət sərgi nümayiş etdiriləcək.

Tədbirdə “Sabit Rəhman -100” biblioqrafiyası və filologiya elmləri doktoru Bədirxan Əhmədovun qələmə aldığı “Sabit Rəhman: həyatı, mühiti, yaradıcılığı” kitabı təqdim olunacaq.

Yubiley tədbirində Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi, tanınmış yazıçılar, sənət adamları, kinematoqrafçılar və yubilyarın qohumları iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR