Bank Of Baku

Gənc Ədiblər Məktəbinin üzvləri mükafatlandırılacaq

Gənc Ədiblər Məktəbinin üzvləri mükafatlandırılacaq
# 02 dekabr 2010 13:26 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Mədəniyyət və Turizim Nazirliyi Gənc Ədiblər Məktəbinin üzvlərini xüsusi diplomlarla təltif edəcək. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mükafatlar Gənc Ədiblər Məktəbinin iki illik fəaliyyəti dövründə 50 ən fəal üzvlərinə veriləcək. 2008-ci ildən fəaliyyət göstərən Gənc Ədiblər Məktəbi 15-35 yaş arasındakı yaradıcı nəsli bir araya gətirmək, onların imzalarını üzə çıxarmaq, ümidverici gənclərin yaradıcılıq vərdişlərini inkişaf etdirmək, ədəbi nümunələrin əcnəbi dillərə tərcümə olunub nəşr edilməsini dəstəkləmək məqsədi daşıyır. Hazırda məktəbin üzvlərinin bir qismi Azərbaycan Yazıçılar Birliyinə daxil olub, bir qismi isə prezidentin xüsusi mükafatına layiq görülüblər.

Mükafatlandırma mərasiminin dekabrın 8-də M.F.Axundov adına Milli Kitabxanada keçirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR