Bank Of Baku

“Qızıl kəlmə” ədəbi mükafatı üçün müsabiqə elan edilib

“Qızıl kəlmə” ədəbi mükafatı üçün müsabiqə elan edilib
# 02 dekabr 2010 13:37 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanda “Qızıl kəlmə” ədəbi mükafatı üçün müsabiqə elan edilib. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumatda bildirilib ki, müsabiqə 2009 - 2011-ci illər üzrə yüksək bədii və sənətkarlıq keyfiyyətlərinə malik ədəbi əsərləri dəyərləndirmək, təbliğ etmək, istedadlı ədiblərin səmərələri yaradıcılıq axtarışlarını zəmin yaratmaq məqsədilə həyata keçirilir. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə artıq ikinci dəfə keçirilən müsabiqəyə əsərlərin qəbulu dekabrın 1-dən başlayıb. Müsabiqəyə son iki il ərzində çap olunmuş kitablar və yaxud qəzetlərdə, eləcə də ədəbi dərgilərdə yer almış əsərlər təqdim oluna bilər. Qaliblər 4 - nəsr, poeziya, tənqid - publisitika, orijinaldan bədii tərcümə nominasiyası üzrə təyin olunacaq. Müsabiqənin yekunlarına əsasən qaliblər, rəmzi simvol olan döş nişanı, diplom və pul mükafatı təltif ediləcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR