Bank Of Baku

Sabit Rəhmanın 100 illik yubileyi qeyd olunub

Sabit Rəhmanın 100 illik yubileyi qeyd olunub
# 07 dekabr 2010 11:38 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Mirzə Fətəli Axundov adına Milli Kitabxanada yazıçı-dramaturq Sabit Rəhmanın 100 illik yubileyi qeyd olunub. APA-nın məlumatına görə, yubiley tədbiri Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutub. Tədbirdə çıxış edən Milli Kitabxananın direktoru Kərim Tahirov Sabit Rəhman yaradıcılığından söz açıb. Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev isə çıxışında Sabit Rəhmanın komediya janrının ustadı olduğunu, yazıçı-dramaturq kimi əvəzsiz xidmətləri olduğunu bildirib. Nazir müavini onu da qeyd edib ki, ilin sonuna qədər Süleyman Rəhimov, Yusif Səmədoğlu, Sabir Əhmədov və Xanımana Əlibəylinin də yubileyləri Milli Kitabxanada qeyd olunacaq: “Qərara gəldik ki, bu şəxslərin yubiley tədbirləri məhz kitabxanada keçirilsin. Çünki onlardan qalan yadigar məhz kitablarıdır”.

Tədbirdə Sabit Rəhmanın kitablarından, tərcümə etdiyi əsərlərdən, həyat və yaradıcılığını əks etdirən kitablardan ibarət sərgi nümayiş etdirilib. Eyni zamanda “Sabit Rəhman -100” biblioqrafiyası və filologiya elmləri doktoru Bədirxan Əhmədovun qələmə aldığı “Sabit Rəhman: həyatı, mühiti, yaradıcılığı” kitabı təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR