Bank Of Baku

Gənc Ədiblər Məktəbinin üzvləri mükafatlandırılıb

Gənc Ədiblər Məktəbinin üzvləri mükafatlandırılıb
# 08 dekabr 2010 10:30 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Mirzə Fətəli Axundov adına Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyi Gənc Ədiblər Məktəbinin üzvlərini xüsusi diplomlarla təltif edilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev mükafatların Gənc Ədiblər Məktəbinin iki illik fəaliyyəti dövründə 50 ən fəal üzvə verildiyini diqqətə çatdırıb: “2008-ci ildən fəaliyyət göstərən Gənc Ədiblər Məktəbi 15-35 yaş arasındakı yaradıcı nəsli bir araya gətirmək, onların imzalarını üzə çıxarmaq, ümidverici gənclərin yaradıcılıq vərdişlərini inkişaf etdirmək, ədəbi nümunələrin əcnəbi dillərə tərcümə olunub nəşr edilməsini dəstəkləmək məqsədi daşıyır. Hazırda məktəbin üzvlərinin bir qismi Azərbaycan Yazıçılar Birliyinə daxil olub, bir qismi isə prezidentin xüsusi mükafatına layiq görülüblər. Bu məktəbin fəaliyyəti Azərbaycan ədəbiyyatı üçün çox əhəmiyyətlidir və məktəbin üzvləri olan gənc ədiblərə doğru yolla getməyi arzulayıram”.

Gənc Ədiblər Məktəbinin rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin katibi (AYB) Rəşad Məcib bildirib ki, bu məktəbin yaradılması ilə bağlı qərar veriləndə paytaxtla yanaşı, respublikanın bölgələrindən də çoxsaylı gənclər müraciət ediblər: “70 nəfər gənc mütəmadi olaraq bütün tədbirlərdə iştirak etdi. İki il yarım müddətə Azərbaycanın 30-a yaxın tanınmış yazar gənc ədiblərə usaq dərsləri keçdilər. Bu gün də məktəbin sonu olaraq biz 50 nəfər gənc ədibi diplomla təltif edəcəyik”.

Daha sonra nazir müavini Ədalət Vəliyev və məktəbin rəhbəri Rəşad Məcid tərəfindən mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin imzası ilə hazırlanan diplomlar sahiblərinə təqdim edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR