Bank Of Baku

İğdır Universitetinin ədəbiyyat fakültəsində erməni dili və ədəbiyyatı bölümü açılacaq

İğdır Universitetinin ədəbiyyat fakültəsində erməni dili və ədəbiyyatı bölümü açılacaq
# 13 dekabr 2010 09:47 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Türkiyənin İğdır Universitetinin ədəbiyyat fakültəsində Erməni dili və ədəbiyyatı bölümü açılması planlaşdırılır. APA-nın xəbərinə görə, bunu universitetin rektoru İbrahim Hakkı Yılmaz “Anadolu” agentliyinə açıqlamasında deyib. O bildirib ki, gələn ildən tələbə qəbul ediləcək ədəbiyyat fakültəsində erməni dili və ədəbiyyatı ilə yanaşı, fars dili və ədəbiyyatı, rus dili və ədəbiyyatı bölümləri də fəaliyyət göstərəcək: “Türkiyədə erməni dili və ədəbiyyatına ehtiyac olduğunu düşünürəm. Biz Ermənistanla sərhəddəyik. Müəllim də tapa bilərik. Bu məsələdə onlardan da yararlana bilərik. Bununla da Türkiyənin bu ehtiyacını qarşılamış olarıq”.

Jurnalistin “erməni müəllimlər gətirəcəksiniz?” sualına cavabında rektor “Dil öyrənməkdən ötrü müvəqqəti olaraq erməni dilini bilən müəllimlərdən yararlana bilərik. Bu, Naxçıvandan da ola bilər, Ermənistandan da. Yetər ki, dili bilsin və öyrətsin”, cavabını verib.

Türkiyə ilə Ermənistan arasında imzalanmış protokollar barədə danışan İ. H. Yılmaz Əlican sərhəd qapısının açılmasını istədiklərini söyləyib. O, bu məsələnin Türkiyənin xarici siyasətinə aid olduğunu və Dağlıq Qarabağ probleminin Türkiyə üçün də önəmini vurğulayıb.

Rektor universitetin ilahiyyat fakültəsinə Azərbaycandan müəllim gətirdiklərini də açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR