Bank Of Baku

Yazıçı-dramaturq Xalidə Hasilovanın anadan olmasının 90 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək

Yazıçı-dramaturq Xalidə Hasilovanın anadan olmasının 90 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək
# 13 dekabr 2010 14:34 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Dekabrın 16-da M. F. Axundov adına Azərbaycan Milli Kitabxanasında yazıçı-dramaturq Xalidə Hasilovanın anadan olmasının 90 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Milli kitabxananın konfrans zalında X. Hasilovanın yaradıcılığına həsr olunmuş sərgi nümayiş olunacaq. Yubiley tədbirində görkəmli ədiblər, jurnalistlər, yazıçını tanıyan mədəniyyət nümayəndələri çıxış edərək, uzun müddət “Azərbaycan qadını” jurnalının baş redaktoru olmuş X.Hasilovanın yaradıcılığından, tərcüməçi və jurnalist kimi fəaliyyətindən söz açacaqlar. Tədbirin aparıcısı tanınmış jurnalist Flora Xəlilzadədir. Yubiley tədbiri Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR