Bank Of Baku

Sabir Əhmədlinin anadan olmasının 80 illiyi münasibəti ilə tədbir keçiriləcək

Sabir Əhmədlinin anadan olmasının 80 illiyi münasibəti ilə tədbir keçiriləcək
# 20 dekabr 2010 10:48 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Xalq yazıçısı Sabir Əhmədlinin anadan olmasının 80 illiyi münasibəti ilə yubiley tədbiri keçiriləcək. Tədbir dekabrın 22-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Mirzə Fətəli Axundov adına Milli Kitabxanasında baş tutacaq. Nazirliyin mətbuat xidmətindən APA-ya bildirilib ki, yubiley tədbirində tanınmış ədəbiyyat və mədəniyyət xadimləri, ziyalılar, mətbuat nümayəndələri və yazıçının qohumlarının iştirakı nəzərdə tutulur. Tədbir zamanı Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətləri olan Sabir Əhmədlinin yaradıcılığı təhlil olunacaq, xatirəsi yad ediləcək.
Qeyd edək ki, Sabir Əhmədli 1930-cu ildə Cəbrayıl rayonunda anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsini bitirib. “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında ədəbi işçi, nəsr şöbəsinin müdiri (1956-1993), baş redaktor (1993-1996) işləyib. 1955-ci ildən AYB-nın üzvü olan yazıçı “Aran”, “Dünyanın arşını”, “Yaşıl teatr”, “Toğana”, “Yasamal gölündə qayıqlar üzür”, “Yamacda nişanə”, “Qanköçürmə stansiyası”, “Azığa doğru”, “Gedənlərin qayıtmağı”, “Yasaq edilmiş oyun”, “Gülmalı kişinin axırı”, “Mavi günbəz”, “Kütlə”, “Axirət sevdası”, “Kef”, “Ömür urası”, “Şəhid ruhu” kimi əsərlərin müəllifidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR