Bank Of Baku

Hüseyn Cavidin Ev-muzeyinə yeni eksponatlar hədiyyə edilib

Hüseyn Cavidin Ev-muzeyinə yeni eksponatlar hədiyyə edilib
# 20 dekabr 2010 11:48 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu günlərdə Hüseyn Cavidin Naxçıvandakı Ev-muzeyinə xeyli sayda yeni eksponat verilib. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) məlumat verilib. Məlumatda bildirilib ki, Naxçıvan Özəl Universitetinin rektoru, professor İsmayıl Əliyev vaxtilə mərhum sənətkar Mircəlil Seyidov tərəfindən ona hədiyyə olunmuş “Şairin yuxusu” adlı rəsm əsərini muzeyə bağışlayıb. Bundan başqa, Azərbaycanın əməkdar rəssamı Ülviyyə Həmzəyeva H. Cavidin sürgün illərini əks etdirən ”Hüseyn Cavid” əsərini muzeyə hədiyyə edib.

Qeyd edək ki, hər iki əsər muzeyin “Hüseyn Cavid repressiya illərində” bölməsində yer alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR