Bank Of Baku

Xanımana Əlibəylinin 90 illiyi qeyd ediləcək

Xanımana Əlibəylinin 90 illiyi qeyd ediləcək
# 21 dekabr 2010 13:05 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Dekabrın 23-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Gənc Tamaşaçılar Teatrında əməkdar incəsənət xadimi, dövlət mükafatı laureatı Xanımana Əlibəylinin anadan olmasının 90 illiyinin tamam olması münasibətilə tədbir keçiriləcək. APA-nın məlumatına görə, tədbirdə Xanımana Əlibəylinin “Dovşanın ad günü” pyesinin 100-cü tamaşası nümayiş olunacaq. Yubiley tədbirində tanınmış ədəbiyyat və mədəniyyət xadimləri, ziyalılar, mətbuat nümayəndələri və yazıçının qohumları iştirak edəcəklər.

Qeyd edək ki, X. Əlibəyli yarım əsri adlayan uzun və səmərəli yaradıcılıq yolu keçib və uşaq ədəbiyyatının görkəmli nümayəndəsi olub. O, Azərbaycan uşaq dramaturgiyasının banisi sayılır. X. Əlibəyli yaradıcılığa ötən əsrin 30-cu illərində başlayıb, ilk şeiri – “Ana” 1955-ci ildə “Azərbaycan qadını” jurnalında dərc edilib. Onun “Balaca həkim”, “Dovşanın ad günü”, “Meşə həkimi”, “Yaz konserti” və digər kitabları nəşr olunub. “Dovşanın ad günü”, “Ləpələrin nağılı”, “Gözəllər gözəli” və başqa pyesləri Gənc Tamaşaçılar və Kukla teatrlarında tamaşaya qoyulub, “Dovşanın ad günü” və “Aycan” tamaşaları Dövlət Mükafatına layiq görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR