Bank Of Baku

Rəsul Rza haqqında film çəkilir

Rəsul Rza haqqında film çəkilir
# 22 dekabr 2010 15:13 (UTC +04:00)
Göyçay. Şahnəzər Bəşirov - APA. Xalq şairi Rəsul Rzanın 100 illik yubileyinə həsr olunan “...yaşıl atlas, ömürdən səhifələr” adlı bədii-sənədli film çəkilir. Filmin ssenari müəllifi və rejissoru Əhliman Qafarov APA-nın Şirvan bürosuna bildirib ki, bir saat 30 dəqiqəlik film şairin həyat və yaradıcılığına həsr olunub. Şairin xatirələri üzərində qurulan filmdə Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, Rəsul Rzanın qızı, Bakı Dövlət Universitetinin baş müəllimi Fidan Rzayeva, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimləri və əməkdar artistlər, bədii qiraətçilər çəkilib. Filmin çəkilişləri Bakı, Göyçay, İsmayıllı və Yevlaxda həyata keçirilib. Hazırda son çəkilişlər aparılır və filmin yanvarın sonunda təqdimatı olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR