Bank Of Baku

Yusif Səmədoğlunun anadan olmasının 75 illiyi münasibəti ilə tədbir keçirilib - FOTO

Yusif Səmədoğlunun anadan olmasının 75 illiyi münasibəti ilə tədbir keçirilib - <font color=red>FOTO</font>
# 23 dekabr 2010 13:10 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda Yusif Səmədoğlunun anadan olmasının 75 illiyi münasibəti ilə tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən AYB-nin sədri, xalq yazıçısı Anar Yusif Səmədoğlunun az, ancaq gözəl yaşadığını deyib: “Yusif az yazdı, ancaq gözəl yazdı. Təsəllimiz onun yaradıcılığı, əsərləridir. Yusifsiz keçən hər bir gün onun böyüklüyünü, nadir insanlardan olduğunu sübuta yetirir. Onun yoxluğu bizim hər birimizin qəlbimizi ağrıdır”.

Xalq şairi Fikrət Qoca yusif Səmədoğlu ilə çox yaxın dost olduqlarını açıqlayıb: “75 yaş o qədər də böyük yaş deyil, ancaq neyləyək ki, tele belə məsləhət bilib. Əsas odur ki, o az ömrünü şərəfli yaşadı və hamı tərəfindən sevildi. Yaxşı insanın xatirəsi hər zaman əziz tutmaq lazımdır”.
Xalq şairi Vaqif Səmədoğlu qardaşı Yusif Səmədoğoğlunun 75 yaşının onsuz qeyd olunduğuna təəssüfləndiyini bildirib: “Onun yoxluğu mənim üçün dərddir. Böyük qardaşımın olması ilə hər zaman fəxr etmişəm. Bu gün özü olmasa da, Yusif mənim sevincimdir, müəllimim və böyük qardaşımdır. Bu gün Yusifi yad edən hər bir insana təşəkkür edirəm”.

Tədbirdən əvvəl AYB üzvləri, eləcə də ədəbiyyat xadimləri Yusif Səmədoğlunun məzarını ziyarət ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR