Bank Of Baku

Xanımana Əlibəylinin anadan olmasının 90 illiyi ilə bağlı yubiley tədbiri keçirilib - FOTO

Xanımana Əlibəylinin anadan olmasının 90 illiyi ilə bağlı yubiley tədbiri keçirilib - <font color=red>FOTO</font>
# 23 dekabr 2010 13:29 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında əməkdar incəsənət xadimi Xanımana Əlibəylinin anadan olmasının 90 illiyinin tamam olması münasibəti ilə yubiley tədbiri keçirilib. APA-nın məlumatına görə, Xanımana Əlibəylinin qızı, professor Gülərxanım Abdullabəyli bildirib ki, anası bütün həyatını və ömrünü uşaqlara həsr edib: “Bizdə uşaq ədəbiyyatına töhfə verən yazıçı və şairlər həddindən artıq çoxdur. Rəsul Rza, Mirvarid Dilbazi, Abdulla Şaiq və başqalarının adını çəkmək mümkündür. Ancaq onların arasında elə bir şair və yazıçı tapmazsınız ki, bütövlükdə bütün həyatını və ömrünü yalnız uşaqlara həsr etsin. Azərbaycan Yazıçılar Birliyinin sədri Anar bildirmişdi ki, Xanımana Əlibəyli Azərbaycan uşaq ədəbiyyatının klassiki, Azərbaycan uşaq dramaturgiyasının banisidir”. G. Abdullabəyli qeyd edib ki, Xanımana Əlibəyli uşaq yazıçısı olmaqla yanaşı, həm də uşaq həkimi idi: “O iki ali məktəb bitirmişdi. Uşaq psixologiyasına çox həssas yanaşırdı. Uşaqlarla ünsiyyətdə doğma ana kimi davranırdı”.
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən yubiley tədbirində X.Əlibəylinin “Dovşanın ad günü” pyesinin 100-cü tamaşası nümayiş olunub. Tamaşanın quruluşçu rejissoru Ağaxan Salmanlı, rəssamı Fuad Əliyev, bəstəkarı Şəfiqə Axundovadır. Tamaşanın nümayişində çoxsaylı uşaqlar da iştirak ediblər.
Qeyd edək ki, X. Əlibəyli bədii yaradıcılığa ötən əsrin 30-cu illərində başlayıb, ilk şeiri – “Ana” 1955-ci ildə “Azərbaycan qadını” jurnalında dərc edilib. “Balaca həkim”, “Dovşanın ad günü”, “Meşə həkimi”, “Yaz konserti” və digər kitabları nəşr olunub. “Dovşanın ad günü”, “Ləpələrin nağılı”, “Gözəllər gözəli” və s. pyesləri Gənc Tamaşaçılar və Kukla teatrlarında tamaşaya qoyulub, “Dovşanın ad günü” və “Aycan” tamaşaları Dövlət Mükafatına layiq görülub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR