Bank Of Baku

Gürcü yazıçısı Çabua Amirecibinin romanı Azərbaycan dilinə tərcümə edilib

Gürcü yazıçısı Çabua Amirecibinin romanı Azərbaycan dilinə tərcümə edilib
# 18 yanvar 2011 16:52 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Gürcü yazıçısı Çabua Amirecibinin”Data Tutaşxia” romanı Azərbaycan dilinə tərcümə edilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, əsəri Azərbaycan dilinə azərbaycanlı jurnalist Emin Elsevər (Mahmudov) tərcümə edib.

Bu gün “Qafqaz Evi”ndə kitabın təqdimat mərasimi keçirilib. Tədbiri “Qafqaz Evi”nin direktoru, yazıçı Naira Qelaşvili açıb. Sonra azərbaycanlı və gürcü yazıçılarından Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan bölməsinin rəhbəri Rafiq Hümbət, tərcüməçi Oqtay Kazımov, gürcü şairi və tərcüməçisi Zezva Medulaşvili, professor Mahmud Hacıxəlilov və başqaları çıxış edərək, kitabın müasir şəraitdə tərcümə olunan ən sanballı əsərlərdən biri olduğunu qeyd ediblər.

“Data Tutaşxia” romanı “Qafqaz Evi” nəşriyyatında nəşr edilib. Tədbirdə gürcü və Azərbaycan yazıçılarının əsərlərinin gələcəkdə hər iki xalqın dilinə tərcümə olunub nəşr edilməsi barədə təkliflər də səslənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR